Haqqımızda

“FAB Boya” hər zaman müasir dünya texnologiyasının son nailiyyətlərindən faydalanaraq müştəri məmnuniyyəti üçün ən təsirli metodları araşdırır, malik olduğu resurslardan tam səmərəli və məhsuldar şəkildə istifadə edir, mövcud olduğu sektor üzrə dünyanın ən qabaqcıl şirkətləri ilə əməkdaşlıq edir, mütəmadi texnoloji yeniliklər və işə yeni yanaşma metodları tətbiq edir. “FAB Boya və Kimya Sənayesi MMC”nin ölkənin istehsalat qabiliyyətinin artırılmasında xüsusi yeri var. Yeni istehsalat sahələri, həm də yeni iş yerləri deməkdir. Əhalinin işlə təminatı isə birbaşa xalqın sağlam və firəvan həyatına xidmət edir.
  • 2001

    “FAB Boya və Kimya Sənayesi” MMC -nin fəaliyyətə başlaması

    Azərbaycan inşaat sektorunun qabaqcıl şirkətlərindən olan “FAB Boya və Kimya Sənayesi” MMC 2001-ci ildən fəaliyyət göstərir. Şirkətimiz fəaliyyətinə boya məhsulları (su əsaslı, sintetik, sellülozik boya məhsulları və həllediciləri) istehsalı ilə başlamışdır. “FAB Boya və Kimya Sənayesi” MMC Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Akkreditasiya Xidmətinin Attestasiyasından keçmiş, 2004-cü ildə ISO 9001 : 2000 Beynəlxalq Sertifikatına layiq görülmüşdür.

  • 2006

    “Polimerlər” fabriki fəaliyyətə başlamışdır

    Müəssisəmizdə 2006-cı ildə Alman layihəsi əsasında müasir tələblərə cavab verən “Polimerlər” fabriki fəaliyyətə başlamışdır. Bu istehsal sahəsində PVA əsaslı müxtəlif yapışdırıcılar, akrilik bağlayıcılar və s. məhsullar istehsal edilir.

  • 2012

    “HİLLFAN” plastik məhsullar fabrikin açılışı

    2012 -ci ildə mövcud fabriklər sırasına tam avtomatlaşdırılmış və Avropanın qabaqcıl ölkələrinin istehsalı olan avadanlıqlarla təchiz olunmuş “FABKİM” Kafel və Metlax yapışdırıcları və “HİLLFAN” plastik məhsullar fabrikləri əlavə olunmuşdur.

  • 2014

    “FAB Akademiyası”-nın I korpusunun açılışı

    “FAB Akademiyası”-nın I korpusu qurulmuşdur. “FAB Akademiyası”-nın I korpusunun tərkibində istehsal olunmuş məhsulların keyfiyyətinə tam nəzarət etmək üçün Almaniya və İngiltərənin istehsalı olan ən müasir ölçmə və sınaq aparatları ilə təchiz olunmuş Keyfiyyətə Nəzarət, Polimerlər, Keramika Yapışdırıcıları, Araşdırma və İnkişaf laboratoriyaları, habelə Konfrans zalı və müxtəlif tanıtım və təlim seminarlarının keçirildiyi Sinif otağı fəaliyyət göstərir.
    “FAB Akademiyası”-nın I korpusunda respublikamızın orta məktəb şagirdləri, ali təhsil ocaqlarında təhsil alan tələbələr üçün müxtəlif səpkili tanıtım-seminar proqramları, həmçinin ustalar və şirkət əməkdaşlarının ixtisas dərəcəsinin və kvalifikasiyasının artırılması üçün nəzərdə tutulmuş təlim-seminar proqramları təşkil edilir.

  • 2015

    “FAB Akademiyası”-nın II korpusu fəaliyyətə başlamışdır

    “FAB Boya və Kimya Sənayesi” MMC-də 2015-ci ildə ən müasir standartlara cavab verən və istehsal olunan plastik məhsulların keyfiyyətinə nəzarət edən “FAB Akademiyası”-nın II korpusu öz işinə başlamışdır.

  • 2015

    “HİLLFAN” fabrikinin yeni istehsal xəttinin açılışı

    “HİLLFAN” fabrikinin alman texnologiyası əsasında qurulmuş su boruları istehsalı üzrə yeni xətti işə salınmışdır. Plastik məhsullarin keyfiyyətinə nəzarət üçün “Fab Akademiyası”nın II korpusunda Yaş həçmlı sınaq labaratoriyası və Quru həcmli sınaq labaratoriyası fəaliyyət göstərir.

  • 2016

    “İlin Keyfiyyətli Boya Şirkəti”

    Şirkət 2010-2016-ci illər “İlin Keyfiyyətli Boya Şirkəti” adına layiq görülmüşdür.

  • 2016

    “Meqa Qrup” boyalarının istehsalına başlanmışdır

    Keyfiyyətli məhsul istehsalına, müasir keyfiyyətə nəzarət laboratoriyalarına, mükəmməl şəkildə qurulmuş idarəetmə sisteminə malik olan və yeni texnologiyaların tətbiqinə görə qabaqcıl şirkətlər sırasında yer alan “FAB Boya və Kimya Sənayesi” MMC 2016-cı ildə müştərilərinin xidmətinə alman texnologiyası əsasında istehsal olunan, “FAB Akademiyası” məhsulu olan “Meqa Qrup” boyalarını təqdim etmişdir.

  • 2017

    “Fab İdman Arenası” isitfadəyə verildi

    “Fab Boya və Kimya Sənayesi” MMC də işçilərin asudə vaxtlarının səmərəli təşkili, idmana olan marağının artırılması üçün “Fab İdman Arenası”nı istifadəyə verilib. 2015-ci ildən fəaliyyət göstərən idman arenası 2017-ci ildə əsaslı təmir olunub, yeni süni öt örtüyü salınmışdır. Arenada soyunub-geyinmə otaqları, məşqçilər ücün otaqlar, duş otaqları və texniki otaqlar fəaliyyət göstərir.

ŞİRKƏTİN İŞ PRİNSİPLƏRİ:

– Ölkəmizin ınkişafı,iqtisadi gücünün artırılması, və işıqlı gələcəyinin təmin olunması yolunda daim çalışmaq;

-Boya sektorunda qabaqcıl dünya təcrübəsini araşdırıb yenilikləri tətbiq etmək və ölkəmizdə bu sektorun inkişaf etməsi üçün bu təcrübədən faydalanmaq;

-Müştəri tələbkərini daima diqqət mərkəzində saxlamaq, öyrənmək,və onların tələblərini yüksək səviyyədə yerinə yetirmək;

-Keyfiyyət hədəflərini müəyyən etmək və istehsalda keyfiyyətin yüksəldilməsinə daima çalışmaq;

-Əməkdaşlar üçün lazımi iş şəraitini və onların məmnuniyyətini təmin etmək;

-İstehsal qüvvəsini və kadr potensialınl təmin etmək;

-Müasir texnologiyalardan yararlanaraq rəqabət gücünü artırmaq və hər zaman öndə olmaq.

Biz “FAB BOYA”şirkəti olaraq Sizinlə bərabər olmaqdan və Sizə xidmət etməkdən hər zaman qürur duyuruq!

Sualınız var ?!
Çəkinməyin bizə öz sorğunuzu göndərin !