KEYFİYYƏTƏ NƏZARƏT

İstehsal prosesində məhsul keyfiyyətinə nəzarət sistemlərinin təşkilində lider şirkətlər sırasında olan “FAB BOYA və Kimya Sənayesi” MMC hazır məhsulu  test sınaqlardan keçirərək, onun keyfiyyətinə tam şəkildə təminat verir.

Bu məsuliyyətli işin öhdəsindən şirkətimizin keyfiyyətə nəzarət  laboratoriyalarında çalışan yüksək ixtisaslı mütəxəssislər və ən müasir alman texnologiyası olan test və sınaq apparatları həyata keçirir.

“FAB Akademiyası”nın II korpusunda yer alan  Plastik Məhsulların Keyfiyyətinə Nəzarət laboratoriyası öz növbəsində 2 laboratoriyadan: Quru Həcmli Sınaq və İslaq Həcmli Sınaq laboratoriyalarından ibarətdir.

Quru həcmli sınaq laboratoriyasında xüsusi  test apparatları və sobalarında məhsul nümunələrinin zərbəyə davamlılığı, axıcılığı, nümunələrin tərkibindəki qeyri-üzvi maddələrin faizi, ərimə (yumşalma) temperaturu, habelə məhsul nümunəsinin verilmiş standartlara görə müəyyən olunmuş vaxt ərzində dartılması yoxlanılır.

            İslaq həcmli sınaq laboratoriyasında hidravlik test cihazında məhsulun təzyiqə davamlılığı, dövr apparatında nümunənin isti-soyuq suda uzunömürlülüyü, sərbəst düşmə test cihazında standartlara uyğun yükə davamlılığı yoxlanılır.

İnnovativ alman texnologiyası  olan injeksiya və ekstruziya apparatları ilə təchiz olunmuş “HİLLFAN” fabrikində su və kanalizasiya borularının və boru aksesuarlarının,  rulon boruları (xüsusi apparatda), kabel kanalları, yanmaz spirallar, oboy kantları, karnizlər, kafel kantları və bir sıra digər inşaat mallarının istehsalı həyata keçirilir.

 

Bundan əlavə, fabrikin İtaliya istehsalı paketləmə apparatı hazır məhsulun qablaşdırılmasını təmin edir.

Hər zaman öndə olan və bu birinciliyi qoruyub saxlamaq yolunda daima müasir texnologiyalardan yararlanaraq rəqabət gücünü artıran, hər il istehsal çeşidlərinə yeni-yeni məhsullar əlavə edən, müştəri məmnuniyyətini hər zaman diqqət mərkəzində saxlayan şirkətimiz bu çətin və məsuliyyətli  yolda şərəflə addımlayır.

Sualınız var ?!
ÇƏKİNMƏYİN BİZƏ ÖZ SORĞUNUZU GÖNDƏRİN !