Haqqımızda

Şirkətin Tarixi.

Azərbaycan inşaat sektorunun qabaqcıl şirkətlərindən olan “FAB Boya və Kimya Sənayesi” MMC 2001-ci ildən fəaliyyət göstərir. Şirkətimiz fəaliyyətinə boya məhsulları (su əsaslı, sintetik, sellülozik boya məhsulları və həllediciləri) istehsalı ilə başlamışdır. “FAB Boya və Kimya Sənayesi” MMC Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Akkreditasiya Xidmətinin Attestasiyasından keçmiş, 2004-cü ildə ISO 9001 : 2000 Beynəlxalq Sertifikatına layiq görülmüşdür. Müəssisəmizdə 2006-cı ildə Alman layihəsi əsasında müasir tələblərə cavab verən “Polimerlər” fabriki fəaliyyətə başlamışdır. Bu istehsal sahəsində PVA əsaslı müxtəlif yapışdırıcılar, akrilik bağlayıcılar və s. məhsullar istehsal edilir…

Ətraflı+

Keyfiyyət

Peşəkarlıq

Davamlıq

Təhlükəsizlik

Çəkinməyin

Bizə Sorğunuzu Göndərin

İSTEHSAL ZAVODU

Hər zaman öndə olan və bu birinciliyi qoruyub saxlamaq yolunda daima müasir texnologiyalardan yararlanaraq rəqabət gücünü artıran, hər il istehsal çeşidlərinə yeni-yeni məhsullar əlavə edən, müştəri məmnuniyyətini hər zaman diqqət mərkəzində saxlayan şirkətimiz bu çətin və məsuliyyətli yolda şərəflə addımlayır.

"FAYDASINI ALANLAR BİLƏR"

"FAB Boya və Kimya Sənayesi" MMC